«Umico İnsider» Loyal Müştəri Cəmiyyətində İştirak Qaydaları

Umico İnsider (bundan sonra Cəmiyyət) - Umico platformasının funksionallığını araşdırmaq və təkmilləşdirmək məqsədi ilə birləşmiş, Umico-nun təqdim etdiyi xidmətlərdən fəal istifadə edən Umico platformasının loyal müştərilər qrupudur.

İştirakçılarımız kimlərdir?

Cəmiyyətə könüllü olaraq qoşulan və onun həyatında fəal iştirak edən Umico-nun daimi müştəriləridir: onlar ünsiyyəti dəstəkləyir, tapşırıqları yerinə yetirir, xidmət keyfiyyətinin və funksionallığının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdə iştirak edirlər.

Umico İnsider-in məqsədi nədir?

Məqsədlərimiz:

  • Müntəzəm olaraq Umico müştəriləri ilə birbaşa əlaqə saxlamaq imkanı əldə etmək.
  • İştirakçıların rəyinə əsaslanaraq Umico-nun müştəri təcrübəsini təkmilləşdirmək.

Umico İnsider necə işləyir?

İştirakçılar Telegram-da Cəmiyyət kanalında birləşirlər.

Kanalın Administratoru müntəzəm olaraq kəşfiyyat, maarifləndirici və əyləncə məzmunlu yazılar hazırlayır.

Beləliklə İştirakçılar

  • Müxtəlif mövzular üzrə qısa sorğular və tapşırıqlar (qısa sorğular, tapşırıqlar, testlər, xidmətin funksionallığının təhlili və s.) təqdim olunur
  • Müxtəlif mövzular üzrə qısa sorğular və tapşırıqlar (qısa sorğular, tapşırıqlar, testlər, xidmətin funksionallığının təhlili və s.) təqdim olunur
  • Fikirlərini bildirlər və təəssüratlarını bölüşürlər
  • Sual-Cavab formatında canlı yayımlarda iştirak edirlər

Tədbirlər, görüşlər və tapşırıqlar həm onlayn, həm də oflayn rejimdə keçirilə bilər. Onlayn tapşırıqlar xüsusi platformada və/və ya Cəmiyyətin Telegram qrupunda yerləşdirilə bilər. Offline tapşırıqlar, harda ki, İştirakçıların fiziki iştiraki mütləqdir auditoriyada yerinə yetirilir. Tapşırıqlar həm qrup şəklində, həm də fərdi şəkildə yerinə yetirilə bilər.

Tədbirlərdə iştirak və tapşırıqların icrası pulsuz həyata keçirilir. Lakin Umico İştirakçılara mürəkkəb və vaxt aparan tapşırıqları yerinə yetirmək üçün ayrıca motivasiya təqdim etmək hüququnu özündə saxlayır (məsələn, Umico bonus hesabına “təşəkkür” və/və ya digər həvəsləndirmə növü).

Nə qadağandır (Cəmiyyətdə Davranış Qaydaları)?

Cəmiyyət müştərilərimizin loyallıq və qarşılıqlı dəstəyə əsaslanan könüllü birliyidir, burada təhqirlərə, nalayiq sözlərə və nalayiq davranışlara yer yoxdur.

Hər bir nalayiq davranış təzahürün qarşısı Administrator tərəfindən alınacaq və həminki İştirakçı dərhal kənarlaşdırılacaq.

Qadağandır:

  • Qrupun hər hansı bir üzvünü tənqid etmək və alçaltmaq.
  • Spam məzmununda kontent göndərmək və yerləşdirmək.
  • Dini təriqətləri və cəmiyyətləri təbliğ edən şərhlər yazmaq.
  • İrqi, milli və dini ədavəti qızışdırmaq.
  • Şəxsi münasibətləri aydınlaşdırmaq.
  • Umico-nun xidmətini əsassız olaraq tənqid etmək və reputasiyası haqqında mənfi rəy yaratmaq.
  • Cəmiyyət daxilində alınan məlumat və materialların surətini çıxarmaq və başqasına göndərmək

İştirakçı Cəmiyəttən xaric olunduğunu necə öyrənir?

Qaydalara əməl olunmadıqda, İştirakçı Cəmiyyətə qeydiyyat zamanı istifadə etdiyi elektron poçt ünvanına bu barədə bildiriş alaraq qrupdan xaric edilir.

Əlavə olaraq:

  • İştirakçı bir ay ərzində fəallıq nümayiş etdirmədikdə, Umico İştirakçını Cəmiyyətdən xaric etmək hüququnu özündə saxlayır.
  • Umico əvvəlcədən İştirakçını məlumatlandırmaqla və səbəb göstərmədən “Umico İnsider”-in işinə birtərəfli qaydada xitam vermək hüququna malikdir.